Xəbər lenti

Mikayıl Cabbarov mükafat payladı - SİYAHI
Ölkə10:53 10.10.2014

Mikayıl Cabbarov mükafat payladı - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mikayıl Cabbarov müəllimlərin əməyini qiymətləndirib

Təhsil naziri Mikayıl Cabbarov təhsil işçilərini təltif edib.

Nazirliyin yaydığı məlumata görə, nazirin 25 sentyabr 2014 – cü il tarixli 11/1109 nömrəli əmri ilə təhsilin inkişafı sahəsində xidmətlərinə, gənc nəslin təlim – tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin işçiləri və idarənin tabeçiliyində olan məktəblərin aşağıda adları göstərilən təhsil işçiləri təltif edilib.

“Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə:

Baxşalıyeva Xatirə Əliş qızı – 14 № - li tam orta məktəbin riyaziyyat müəllimi
Əhmədova Şəhla Novruz qızı – 236 № - li tam orta məktəbin riyaziyyat müəllimi
Əliyev Cavanşir Əli oğlu – 202 № - li tam orta məktəbin riyaziyyat – informatika
müəllimi
Əliyev Faiq Xanlar oğlu – Bakı şəhəri Məktəb Lisey Kompleksinin riyaziyyat müəllimi
Əliyeva Çimnaz Rza qızı – 124 № - li tam orta məktəbin ibtidai sinif müəllimi
Həsənov Əli Vəli oğlu – 192 № - li tam orta məktəbin ibtidai sinif müəllimi
Həsənova Tatyana Qara qızı - 278 № - li tam orta məktəbin rus dili müəllimi
Xudiyeva Xatirə Rafiq qızı – 83 № - li məktəb - liseyin təsviri incəsənət müəllimi
İsgəndərov Əfqan Kərəm oğlu – BŞTİ – nin aparıcı məsləhətçisi
Kazımova Nərgiz Ağahüseyn qızı - 2 № - li Texniki – Humanitar Liseyin riyaziyyat müəllimi
Qarayeva Reyhan Qara qızı – 246 № - li məktəb - liseyin ibtidai sinif müəllimi
Qəhrəmanova Afət Qüdrət qızı – 147 № - li Texniki – Humanitar Liseyin biologiya müəllimi
Lətifova Tahirə Əliəsgər qızı – 153 № - li tam orta məktəbin ibtidai sinif müəllimi
Məmmədov Elşad Məmiş oğlu – BŞTİ – nin aparıcı məsləhətçisi
Məmmədov Məmməd Əli oğlu – 177 № - li tam orta məktəbin coğrafiya müəllimi
Səlimova Səmayə Məmmədhəsən qızı – 212 № - li tam orta məktəbin biologiya müəllimi
Sultanova Valentina Nikolayevna - BŞTİ – nin məsləhətçisi
Vəliyev Vəli Şamil oğlu – 234 № - li tam orta məktəbin riyaziyyat müəllimi
“Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə:
Xudiyeva Rəhimə Nəriman qızı – 264 № - li məktəb - liseyin kimya müəllimi
Qəhrəmanova Məleykə Taftıq qızı – 212 № - li tam orta məktəbin ibtidai sinif müəllimi
Məmmədov Sabir Əbülfəz oğlu – 287 № - li Zəkalar liseyinin riyaziyyat müəllimi
Məmmədov Sahib Xanvələd oğlu – 177 № - li tam orta məktəbin riyaziyyat müəllimi
Məmmədova Şəhla Rəsul qızı – 183 № - li tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini
Ömərov Akif Cahangir oğlu – 76 № - li tam orta məktəbin riyaziyyat müəllimi
Şerbakova Lidiya Fyodorovna - 1 № - li tam orta məktəbin əmək hazırlığı müəllimi

Qaynar.info