Xəbər lenti

Mikayıl Cabbarov qiymətlərlə bağlı dəyişiklik etdi
Ölkə14:42 09.07.2014

Mikayıl Cabbarov qiymətlərlə bağlı dəyişiklik etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda şagirdlərin illik qiymətlərinin hesablanması ilə əlaqədar bəzi dəyişikliklər edib. 

Qaynar.info-nun  Modern.az-a istinadən  məlumatına görə, təhsil nazirinin 1 may 2014-cü il tarixli 522 nömrəli əmri ilə "Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar" təsdiq edilib. 

Dəyişiklərə əsasən, şagird dərs ilinin birinci yarımilliyində "dörd", ikinci yarımilliyində "iki" aldıqda onun illik qiyməti "iki" hesablanacaq. Əvvəlcə isə bu qiymət "üç" hesablanırdı.

Bununla yanaşı, şagird dərs ilinin birinci yarımilliyində "beş", ikinci yarımilliyində "iki" aldıqda onun illik qiyməti "iki" hesablanacaq. Əvvəlcə isə bu qiymət "üç" hesablanırdı.

Şagird dərs ilinin birinci yarımilliyində "beş", ikinci yarımilliyində "dörd" aldıqda onun illik qiyməti "beş" hesablanacaq. Əvvəlcə isə bu qiymət "dörd" hesablanırdı.

Əmrə əsasən, "Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat"da şagirdin illik qiyməti aşağıdakı cədvələ uyğun hesablanmalıdır:

   

Qaynar.info