
Xəbərdə bildirilir ki, nazirliyin aparat rəhbəri Ceyhun Bayramov təhsil naziri Mikayıl Cabbarovun müavini vəzifəsinə təyin olunub.
C.Bayramov təhsil nazirinin müvafiq əmrinə əsasən bu il 30 may tarixindən etibarən Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsinə təyin edilimişdi.
Modern.az saytı məlumata aydınlıq gətirilməsi üçün Təhsil Nazirliyinin İctimiayyətlə əlaqələr şöbəsinə müraciət edib. Lakin şöbə müdiri Bayram Hüseynzadə ilə danışmaq mümkün olmayıb. Şöbənin əməkdaşları isə sualımızı nazirliyə yazılı şəkildə göndərməyi istəyiblər.
Nazirliyin əlaqə saxladığımız bəzi şöbə müdirləri sualımıza cavab verməkdən qorxduqlarını etiraf edərək Modern.az-la danışmaqdan çəkiniblər.
Nazirlik aparatındakı bir mənbə isə Ceyhun Bayramovun yeni vəzifəyə irəli çəkilməsi xəbərinə belə cavab verib: "Yəqin elə olar!".
Qaynar.info