Xəbər lenti

Mikayıl Cabbarov yeni qaydalardan danışdı
Ölkə09:25 06.05.2014

Mikayıl Cabbarov yeni qaydalardan danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təhsil naziri: “Formallıq xətrinə şagirdi sinifdən sinfə keçirməklə nə şagirdə, nə təhsil sisteminə xidmət edirik”

“Azərbaycanda “Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar”ın təsdiq edilməsində məqsəd təhsilin keyfiyyətinin təmin olunmasıdır”.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu qərara əsasən bir sıra fənlər üzrə “qeyri-kafi” qiymət alan şagirdlərin növbəti sinfə keçirilməsi məqsədəuyğun hesab edilmir: “Fərz edək ki, şagird 8-ci sinif proqramını mənimsəmir və onun 9-cu sinifdə uğurla təhsil alması təbii olaraq böyük suallar doğurur. Formallıq xətrinə şagirdi sinifdən-sinfə keçirməklə biz nə şagirdə, nə təhsil sisteminə, nə də nəticə etibarilə onun vətəndaş kimi həyatda yer tapmasına xidmət etmirik. Yeni qaydalar, şagirdlərin gələcək həyat yolunun seçiminə, tədrisin keyfiyyətinin artırılmasına, tədris sistemində formallığın azaldılmasına və nəticə etibarilə təhsil sisteminin buraxdığı məhsulun keyfiyyətinin qaldırılmasına xidmət edəcək”.

M.Cabbarov qeyd edib ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə IX-XI siniflərdə istər attestatların, istərsə də şəhadətnamələrin verilməsi bütün mərhələlərdə təmin olunur. Onun sözlərinə görə, bu nöqteyi-nəzərdən biz bu məsələlərdə liberal yanaşmanın tərəfdarıyıq: “Amma bu, təbii olaraq təhsilin keyfiyyətinin azaldılması hesabına həyata keçirilə bilməz. Təhsil sistemi keyfiyyətli təhsil vermək üçün xidmət etməlidir. Qərarın arxasında duran fəlsəfə də budur və başqa bir fəlsəfə yoxdur”.

Qaynar.info