
Layihə əmək bazarının tələblərinə uyğun yüksək ixtisaslı kadrların hazırlanması və qeyri-neft sektorunun inkişafına dəstək vermək məqsədlərinə xidmət edir. Layihənin əsas hədəfləri ən yüksək müasir standartlara cavab verən peşə tədris sisteminin, gənclər və qadınlar da daxil olmaqla, bütün vətəndaşlar üçün yüksək səviyyəli peşəkar hazırlığın və iş imkanlarının yaradılmasını, yoxsulluğun azadılmasına dair səyasətə dəstək verilməsini, ölkənin əmək bazarının xarici işçi qüvvəsindən asılılığının azaldılmasını, həmçinin, xırda və orta sahibkarlığın inkişafına təkan verilməsini təmin etməkdən ibarətdir.
Layihənin maksimal büdcəsi 39,28 milyon ABŞ dolları təşkil edir. Bu vəsaitin 22 milyonu Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu tərəfindən maliyyələşdiriləcək.
Müasir peşə təhsili sisteminin yaradılmasına təkan verərəcək layihə çərçivəsində elektrik mühəndislyi, mexanika, avtomatlaşdırma, sənaye quraşdırılması, elektrik enerjisi, elektornika, avtomobil və inşaat sahələri üzrə kadrlar hazırlanacaqdır. Mərkəzdə 8 ixtisas üzrə tədris otağı, yeməkxana, yataqxana, mühazirə və ümumi iclas zalları inşa olunacaqdır. Bakı şəhərində yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrindən birinin bazasında yaradılacaq məkrəzdə 800 nəfər müvafiq ixtisaslara yiyələnə bilər.
Koreyalı mütəxəssislər Peşə Tədris Mərkəzinin tikintisində, təchizatında, idarəolunmasında, eləcə də mühəndis-pedaqoji heyətin və müvafiq vəsaitlərin hazırlanmasında iştirak edəcəklər.