Xəbər lenti

Mikayıl Cabbarovdan yeni əmr
Ölkə08:49 07.07.2015

Mikayıl Cabbarovdan yeni əmr

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın Təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə yeni vəzifə həvalə edib.  

Nazirlikdən Trend-ə verilən məlumata görə, M.Cabbarovun xüsusi təhsil məsələləri ilə bağlı imzaladığı əmrinə əsasən, xüsusi, inteqrasiyalı və inklüziv təhsil üzrə elmi-tədris-metodiki rəhbərlik De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə həvalə olunub.   

De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Sosial işin təşkili və statistika şöbəsinin adı dəyişdirilərək, Xüsusi təhsil şöbəsi adlandırılıb. Sosial işin təşkili və statistika şöbəsinin funksiyaları İdarənin Dövlət uşaq müəssisələri və alternativ xidmətlər üzrə şöbəsinə verilib.  

Əmrə əsasən, Respublika Psixoloji-Tibbi-Pedaqoji Komissiyası bir ay müddətində 2012-2014-cü illər ərzində fəaliyyət istiqamətləri üzrə görülmüş işlər barədə Təhsil Nazirliyinə hesabat təqdim etməlidir. 

Qaynar.info