Xəbər lenti

“Mikayıl Cabbarovla düşmən deyiləm” - Misir Mərdanov
Ölkə08:15 19.04.2014

“Mikayıl Cabbarovla düşmən deyiləm” - Misir Mərdanov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq Təhsil naziri Misir Mərdanov Mikayıl Cabbarovla münasibətlərinin gərgin olması barədə yayılan məlumatlara münasibət bildirib.

Sabiq nazir publika.az-a açıqlamasında deyib: “Hamısı boş söhbətlərdir, şayiələrdir. Mən bu cür yazılara fikir vermirəm. Mən yeni Təhsil naziri Mikayıl Cabbarovla düşmən deyiləm. Allaha şükür ki, hər şey çox normaldır. Bizim normal və səmimi münasibətlərimiz var və bu hər zaman da belə olacaq. Bir-birimizi görəndə də salamlaşırıq. Bu cür məlumatları ortaya atanlar düşmən qüvvələrdir”.

Qaynar.info