Xəbər lenti

Mikayıl Cabbarovun səhhətində problem yaranıb
Ölkə12:02 20.11.2014

Mikayıl Cabbarovun səhhətində problem yaranıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təhsil naziri Mikayıl Cabbarov artıq üçüncü gündür parlamentdə davam edən büdcə müzakirələrinə qatılmamasını səhhətindəki problemlə əlaqələndirib. 

Qaynar.info azvision.az-a istinadən xəbər verir ki, M.Cabbarov bunu  parlamentdə büdcə müzakirələrinin sonuncu günündə-bu gün çıxışı zamanı deyib.

Səhhətində hansı problemin yarandığını qeyd etməsə də, nazir iki gün büdcə müzakirələrinə qatılmamasını məhz dediyi səbəblə əlaqələndirib:

“İki gün büdcə müzakirələrində iştirak edə bilmədiyimə görə millət vəkillərinə və hökumət üzvlərinə üzrxahlıq edirəm”.

Qeyd edək ki, Mikayıl Cabbarovun ötən ay da səhhətində problem yaranmışdı. Belə ki, o, Bakıda baş tutan IV Bakı Beynəlxalq Humanitar Forumuna da əl ağacı ilə (kastel) qatılmışdı.

Qaynar.info