Xəbər lenti

Mikroavtobus aşdı: 5 yaralı
Ölkə12:07 12.07.2013

Mikroavtobus aşdı: 5 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda sərnişin avtobusu ağır qəza törədib. 

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi Bakı-Qazax yolunun 149-cu kilometrliyində, Hacıqabul rayonun Qarasu kəndində qeydə alınıb.

1966-cı il təvəllüdlü, Gədəbəy rayon sakini İlham Faiq oğlu Abbasovun idarə etdiyi “Mercedes Spirinter” markalı, Qazax-Bakı istiqamətində hərəkət edən mikroavtobus  idarəetməni itirərək aşıb.

 Qəza nəticəsində avtomobildə olan 13 nəfər sərnişindən 5-i xəsarət alıb. Xəsarət alanların biri Hacıqabul Mərkəzi Xəstəxanasına, 4-ü Şirvan Şəhər Mərkəzi xəstəxanasına yerləşdirilib. Xəsarət alanların ikisi cərrahiyə şöbəsinə, digər ikisi isə reanimasiyaya yerləşdirilib. Qəza nəticəsində xəsarət alan digər bir sərnişinin qollarının amputasiya ediləcəyi gözlənilir.

Hazırda qəza nəticəsində xəsarət alan şəxslərin adları dəqiqləşdirilir.