Xəbər lenti

Mikroavtobus qəzaya uğrayıb, yaralılar var - FOTOLAR
Ölkə06:00 09.04.2017

Mikroavtobus qəzaya uğrayıb, yaralılar var - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı-Qazax magistralının Goranboy rayonundan keçən hissəsində, Borsunlu kəndi ərazisində mikroavtobus qəzaya uğrayıb. APA-nın verdiyi məlumata görə, eyni istiqamətdə hərəkətdə olan “Mersedes” markalı mikroavtobus və “Mersedes” markalı minik avtomobili toqquşub.
 
Gəncə-Yevlax marşrutunda fəaliyyət göstərən mikroavtobus yolun kənarına aşıb. Qəza zamanı sürücü 1974-cü il təvəllüdlü Bayramov Vüqar Faiz oğlu ağır yaralanıb.
 
Sərnişinlərdən 1960-cı il təvəllüdlü Nəcibə Şirinova və 1957-ci il təvəllüdlü Məhruzə Tağıyeva müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Yardım Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

Qaynar.Az