
MİL “Əyləncə və Oyunlar Klubu” “Youth Mobility Academy” adlı tədbir həyata keçirdi.
"Menecerlərin İnkişafı Layihəsi" nəzdində fəaliyyət göstərən “Əyləncə və Oyunlar Klubu”nun təşəbbüsü ilə 21 iyun saat 13:00 tarixində Nəbatat bağında Murad Məmmədovun təqdimatında "Youth Mobility Academy" adlı tədbir həyata keçirdi. Tədbir zamanı əyləncəli motivasiya oyunları, "teambuilding" oyunları və təcrübəli təlimçi Murad Məmmədovun təqdimatında maraqlı bir motivasiya seminarı həyata keçirildi.
Proqram zamanı həm də iştirakçılar arasında müxtəlif əyləncəli yarışlar keçirildi və qaliblər sponsorlarımız olan Mono Computers və Tələbə Kitab Klubu tərəfindən verilən hədiyyələrlə mükafatlandırıldı.
"Menecerlərin İnkişafı Layihəsi" - MİL haqqında :
Menecerlərin İnkişafı Layihəsi (MİL) gənclərin könüllü ictimai təşəbbüsü olaraq fəallıq,peşəkarlıq, azad düşüncə, dözümlülük və plüralizmi əsas dəyər kimi mənimsəmiş menecerlər yetişdirir. MİL-in əsas məqsədi ictimai təşkilatlar və layihələrin idarə edilməsində gənclərin mütəxəssis kimi formalaşmasına dəstək olmaq və vətəndaş cəmiyyətinin inkişafına təkan verməkdir.
Qaynar.info



