Xəbər lenti

Mil - Menecerlik Proqramı növbəti təlimini həyata keçirdi
Ölkə11:45 04.06.2015

Mil - Menecerlik Proqramı növbəti təlimini həyata keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

MİL “Menecerlik Proqramı”na qəbul elan edir.

Menecerlərin İnkişafı Layihəsi [MİL] vətəndaş cəmiyyəti təşkilatlarının və ictimai layihələrin idarəedilməsi işində gənclərin idarəetmə bacarıqlarını və biliklərini artırmaq məqsədi ilə “MİL Menecerlik Proqramı” həyata keçirir. Proqramın 10 faizi təlim və nəzəri biliklərin öyrənilməsi, 90 faizi isə strateji hədəf, strateji planlama və əməliyyat planlaması məsələləri, tədbir, görüş təşkili, ictimai layihələrin yazılması və idarəedilməsi, könüllülərlə iş, qrup və komanda işi, təşkilati quruculuq və şəbəkələşmə kimi praktiki işləri əhatə edəcək. 6 ay davam edən proqramı müvəffəqiyyətlə başa vuran gənclər MİL Şəbəkəsi Diplomu ilə təltif olunaraq “MİL məzunu” olacaqlar. 

İştirakçıların müsahibə yolu ilə seçildiyi "MİL Menecerlik Proqramı"nın ilkin təlimi isə 3 iyun tarixində baş tutdu. Xəyyam Namazov tərəfindən tədris edilən təlimdə gənclər “vətəndaş cəmiyyəti və ictimai layihələr”, “İşçi Qruplar və işləyiş prinsipləri”, “strateji hədəflər və strateji planlama” kimi mövzularda müəyyən nəzəri biliklər və praktiki fəaliyyətlə tanış oldular. Təlimin sonunda iştirakçılar iqtisadiyyat, əyləncə və oyun, insan hüquqları və gender, şəxsi inkişaf və digər fəaliyyət sahələri üzrə işçi qruplarına bölündülər və gələcəkdə öz fəaliyyət sahələrinə uyğun bir çox layihələr həyata keçirmələri nəzərdə tutulur.

MİL haqqında: 

Menecerlərin İnkişafı Layihəsi (MİL) gənclərin könüllü ictimai təşəbbüsü olaraq fəallıq, peşəkarlıq, azad düşüncə, dözümlülük və plüralizmi əsas dəyər kimi mənimsəmiş menecerlər yetişdirir. MİL-in əsas məqsədi ictimai təşkilatlar və layihələrin idarə edilməsində gənclərin mütəxəssis kimi formalaşmasına dəstək olmaq və vətəndaş cəmiyyətinin inkişafına təkan verməkdir. 

Biz inanırıq ki,

- Cəmiyyətin gələcəyini onun fəal gəncləri müəyyən edir. Bu mənada, hər bir ictimai fəaliyyət və təşəbbüs həmin cəmiyyətin inkişafı üçün atılmış bir addımdır;

- İctimai fəalların sosial işlərdə və ictimai layihələrin idarəedilməsindəki peşəkarlığı həmin cəmiyyətin inkişaf meyarıdır;

- Cəmiyyəti gələcəyə aparan ictimai aktivlərin azad düşüncəsi cəmiyyətin azadlıq təminatıdır;

- Biz bütün fərqliliklərin bir arada fəaliyyət göstərə biləcəyi, qarşılıqlı hörmətin olduğu vətəndaş cəmiyyəti istəyirik və buna görə də işlərimizlə dözümlülük və plüralizm mühiti yaradırıq.

Əlaqə: [email protected] 

Fb səhifəsi: www.facebook.com/milsebekesi 

Twitter: www.twitter.com/milsebekesi 

Qaynar.info