Xəbər lenti

“Milla”nın qalmaqallı reklamına çəkilən model danışıdı - VİDEO
Ölkə16:34 16.09.2013

“Milla”nın qalmaqallı reklamına çəkilən model danışıdı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nuridə Əliyeva: “Reklamı şirkət özü sifariş verib, amma qalmaqal yaranandan sonra ondan imtina etdi”

“Milla” şirkətinin süd və süd məhsullarını reklam edən və günlərdir mediada və sosial şəbəkələrdə müzakirə olunan videoçarx trafındakı qalmaqalda maraqlı faktlar ortaya çıxdı. Mentalitetimizə zidd olması səbəbi ilə tənqid hədəfinə çevrilmiş reklamın ona məxsus olduğunu danan şirkət bu roliki rəqibləri tərəfindən həyata keçirilən “qara piar”, antitəbliğat kimi qələmə verirdi.

Reklamı çəkən rejissor Zaur Qasımlı videoçarxın şirkət tərəfindən sifariş verildiyini desə də “Milla” bunu inkar edirdi. İndi isə reklamın qalmaqala çevrilməsində əsas rol sahibi olan model Nuridə Əliyeva da şirkətin yalanını üzə çıxarıb.

Tanınmış model virtualaz.org-a açıqlamasında reklam sifarişinin “Milla” şirkəti tərəfindən verildiyini və bu reklama çəkilmək üçün ona vəd olunan qonorarı da aldığını bildirdi. Nuridə Əliyevanın əməkdaşımızla söhbətini təqdim edirik:

- Nuridə xanım, “Milla” şirkətinin qalmaqallı reklamında çəkilmisiniz. Şirkət isə deyir ki, onun bu reklamdan xəbəri yoxdur...


- Reklamı “Milla” şirkətinin özü sifariş verib. Sadəcə olaraq qalmaqal yaranandan sonra ondan imtina etdilər. Özünüz fikirləşin də, bunu özbaşına necə edə bilərdik?!

- Reklama çəkildiyinizə görə pulunuzu almısınızmı? Mətbuatda şirkətin pulunuzu vermədiyi deyilir...


- Şirkət əlbəttə ki, pulumu verib. Orada paralel olaraq başqa bir reklam da çəkilirdi.

- O reklam da qalmaqallı olacaq?


- Yox, bu reklam efirə gedəcək, orada başqa heç bir problem yoxdur. O reklama mən çəkilməmişəm. Başqa bir qız çəkilib. 

- Reklam üçün nə qədər pul almısınız? 10 min manat deyirlər. Düzdür?


- Nə qədər aldığımı tam olaraq deyə bilmərəm. Amma təxminən dediyiniz qədərdir.

- Siz özünüz bu reklamı uğurlu hesab edirsinizmi?

- Düşünürəm ki, reklam çox uğurlu alınıb. Amma bizim ölkəyə uyğun deyildi.

 - Sizcə, şirkət çəkdirdiyi reklamın arxasında niyə dayanmadı?


 - Bunu dəqiq deyə bilmərəm. Yəqin ki, öz səbəbləri var.

- Şirkət rəhbərliyi deyir ki, bu reklam onlara qarşı təxribatdır...


- Qətiyyən belə deyil. Bunu kim edə bilər ki? Bunu “Milla” şirkətinə qarşı heç kəs edə bilməzdi. Özləri sifariş edib. Sadəcə olaraq qalmaqal yarandıqdan sonra ondan imtina etdilər. Bu reklamı televiziyada göstərmək üçün sifariş vermişdilər. Bilmirəm niyə verilmədi. Yəqin ya senzuradan keçmədi, ya da heç kim götürmədi. Sonra bu reklam televiziyada nümayiş olunmadı. Buna səbəb də açıq sinə epizodu oldu. Bu, müzakirəli mövzu idi. Əvvəlcə müzakirə etdilər. Sonra dedilər ki, maraqlı olar. Bu alındı da. Özlərindən kim baxdısa, xoşuna gəldi. Amma televiziyaya vermədilər. Sonra “YouTube”də qoydular, belə bir vəziyyət yarandı.


Qaynar.info