"Bu məlumat insanlarda psixiloji gərginlik yaradacaq”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə dünya alimlərinin koronavirusa yoluxub sağalan xəstələrin ömürlərinin qısa olacağı ilə bağlı iddialarına münasibətində deyib. Deputat bu məlumatların yayılmasını düzgün hesab etmədiyini deyib:
"Bu günlərdə dünya və eləcə də Azərbaycan mətbuatında, koronavirusa yoluxub sağalan insanların bu səbəbdən ömürlərinin 10-13 il qısalacağı barədə alimlərin bəzi tətqiqatlarının nəticələri barədə məlumatlar yayılmaqdadır. Hesab edirəm ki, hətta bu nəticələr düz olsa belə, onların geniş yayılması düzgün deyildir. Çünki bu xəstəlikdən sağalmış insanlar və onların xəstə yaxınları sağaldıqdan sonra daima ömürlərinin qalan hissəsində ömürlərinin qısalacağı ilə bağlı ağır xəbərinin təsiri altında yaşamağa məcbur olacaqlar”.
Aydın Mirzəzadə vurğulayıb ki, bu isə artıq psixiloji gərginlik yaradaraq, keçmiş xəstənin və onların yaxınlarının sağlamlığına heç də koronavirusdan az ziyan vurmayacaq.
Bahar Rüstəmli