Xəbər lenti

Millət vəkili “erməni kilsəsi”ndən danışdı: “Cəbrayılın işğalından sonra...”
Ölkə08:42 26.03.2021

Millət vəkili “erməni kilsəsi”ndən danışdı: “Cəbrayılın işğalından sonra...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Millət vəkili Ceyhun Məmmədov işğaldan azad olunan Cəbrayıl rayonunda erməni "kilsə"sinin dağıdilması ilə bağlı məlumata aydınlıq gətirib.
Qaynarinfo xəbər verir ki, deputat 44 günlük müharibədə iqtisadiyyatı və ordusu darmadağın edilən və bu məğlubiyyəti həzm edə bilməyən ermənilərin yeni yalanlar uydurmaqda davam etdirdiklərini bildirib:
"Bu dəfə onlar Cəbrayıl rayonunda erməni kilsəsinin sökülməsinə dair məlumat yayıblar. Bu həm də onu göstərir ki, ermənilər zəhərli ideologiya və xəstə təxəyyüldən hələ xilas ola bilməyiblər. Cəbrayılda işğal vaxtına kimi ümumiyyətlə, 1 nəfər də erməni yaşamayıb. Cəbrayıl işğal olunduqdan sonra isə ermənilər Cəbrayıl Rayon Xəstəxanasını hərbi hissəyə çevirərək yaxınlığında kilsə inşa ediblər. Köçdükləri ərazilərdə kilsə tikmək bir müddətdən sonra oranın ermənilərə məxsus olduğunu iddia etmək ermənilərin köhnə xəstəliyidir. Bu siyasət ermənilər tərəfindən məqsədli şəkildə həyata keçirilir. Sonrakı dövrlərdə saxta tarix yazaraq ermənilərin bu bölgənin qədim xalqlarından biri olduğunu sübut etmək, pozulmuş ədaləti bərpa etdikdə isə hay-küy salmaq üçün istifadə etdikləri metoddur".
 
Deputat qeyd edib ki, rəsmi məlumatlara əsasən, işğala qədər Cəbrayıl rayonunda 5 tarixi məscid olub:
"Həmin məscidlər Daşkəsən, Süleymanlı, Məzrə, Çələbilər və Papı kəndlərində yerləşirdi. Əldə etdiyimiz şəkillərə əsasən həmin məscidlərdən Papı və Süleymanlı kəndlərindəki məscidlərin yalnız qalıqları qalıb. Ermənilər bu məscidləri də yerlə yeksan ediblər. Digər kəndlərimizdəki məscid, türbə və ziyarətgahlar da dağıdılıb, və ya tamamilə baxımsız vəziyyətdədir. Bu, bir daha bu xalqın hansı mənəviyyat, əxlaq və tərbiyə sahibi olduğunu göstərir. Bütün dinlərdə məscid, kilsə və sinaqoq Allahın evidir, onlara xələl gətirmək və sökmək günah sayılır. Bu, həm də onu göstərir ki, ermənilər öz dinlərinin ehkamlarına da əməl etmirlər. Ermənilər qəbiristanlıqlarımızı dağıdaraq orada uyuyan insanların sümüklərini çıxarıb təhqir ediblər, onları orada dinc uyumağa qoymayıblar. Belə olduğu halda beynəlxalq təşkilatlar və xəbər agentlikləri niyə işğaldan azad olunmuş ərazilərdə ermənilərin dağıtdıqları müsəlman məscidləri, alban kilsələri, rus pravoslav kilsəsi barədə məlumat yaymırlar? Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, belə çıxır ki, müsəlman məscidlərini dağıtmaq olar?"
Bahar Rüstəmli