Xəbər lenti

Millət vəkili hansı naziri hədəfə aldı? - "20 ildir nazirdir, amma..."
Ölkə08:23 07.04.2015

Millət vəkili hansı naziri hədəfə aldı? - "20 ildir nazirdir, amma..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İyirmi ildir ki nazirdir, amma Azərbaycan dilində danışa bilmir. Ana dilinə sayğı göstərməyən adamın dövlətin idarəçiliyində rolu necə ola bilər?" 
“Qafqazinfo” xəbər verir ki, bu sözləri millət vəkili Sabir Rüstəmxanlı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə, ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı”nda  nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi və dövlət proqramlarının qəbul edilməsinin iki illiyi münasibətilə keçirilən dəyirmi masada deyib. 
Millət vəkili qeyd edib ki, dilin təmizliyi məsələsi hakimiyyətin özündən başlayır: “Cənab prezidentin də dilimizin inkişafı ilə bağlı sərəncamı var. Ölkə başçısının da ana dilimizdə necə gözəl danışdığının şahidiyik. Amma baxmaq lazımdır ki, məmurlarımız dilimizdə necə danışır. 20 ildir ki nazirdir, amma Azərbaycan dilində danışa bilmir. Ana dilinə sayğı göstərməyən adamın dövlətin idarəçiliyində rolu necə ola bilər? Məmurlar övladlarına öz dilimizdən başqa, bütün dilləri öyrədirlər".
S. Rüstəmxanlı xatırladıb ki, əgər Sovetlər birliyi dönəmində Azərbaycan dilinin rəsmi dövlət strukturlarında işlənməsi probelmi var idisə, amma indi dilimiz ola-ola onun zibillənməsi prosesi gedir: “Bu yaxınlarda Almaniyada yaşayan bir tanışım mənə zəng etdi ki, filan mahnının sözlərinə qulaq asmısınızmı? Niyə mahnılarınızı bu günə salırsınız? Mahnıdakı sözlər etikadan kənar idi”.
Qaynar.info