Xəbər lenti

Millət vəkili: "İcbari sığorta haqqında" qanunda boşluq var"
Ölkə11:25 13.12.2018

Millət vəkili: "İcbari sığorta haqqında" qanunda boşluq var"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İcbari sığorta haqqında" qanunda müəyyən qədər boşluq var".
Bu sözləri Qaynarinfo-ya Milli Məclisin deputatı Fazil Mustafa şəhərdaxili nəqliyyatda sərnişinlərin sığortalanmaması məsələsinə münasibət bildirərkən deyib:
"Sərnişinlərə sığorta ödənilməsi məsələsi əslində qanunvericilikdə dəqiq göstərilməsə də, mahiyyətcə nəzərdə tutulur. Amma bunun dəqiqləşdirilməsinə ehtiyac var. Çünki vətəndaşın günahı olmadan hər hansı bir qəza baş verərsə, ən azı onun müalicə xərclərinin kompensasiyası ödənilməlidir. Ona görə də bunun dövlət tərəfindən nizama salınması olduqca vacibdir. Həqiqətən də burada müəyyən qədər boşluq var və bu boşluqların da aradan qaldırılması lazımdır".
Çingiz Səfərli