"Ən vacib məsələ hadisə törədə biləcək insanların üzərində nəzarətin güclənməsidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə Tovuz rayonunda 10 yaşlı Nərminin psixi xəstə kimi tanınan İlkin Süleymanov tərəfindən öldürülüb və sonra yandırılmasından danışarkən deyib. Onun sözlərinə görə, yaşayış massivlərində yaşayan psixi xəstələr nəzarətdə olmalıdır:
"Bu cür hər hansı şübhəli şəxslər nəzarət altında olmalıdır. Psixi xətə yasayış massivində rahat şəkildə yaşayır, bəs nədən onun üzərində nəzarət olmayıb? İlkin niyə müalicəyə cəlb olunmayıb? İlkinin öz aqressiyasını bu müddətdə gizlədə bilməsi ola bilməzid”.
Aydın Mirzəzadənin sözlərinə görə, belə cinayətlərə dair Azərbaycan qanunvericiliyində daha sərt cəzalar nəzərdə tutulub:
"Biz cəmiyyətdə belə hadisələrin baş verməməsi mühitini gücləndirməliyik. Günahkarın cəzalandırılmasından daha çox həmin hadisələrin baş verməməsi mühitinin yaradılmasına diqqət etməliyik. Bu cinayətlərin baş verməsinə səbəb nədir? Hesab edirəm ki, uşaqlara diqqət artırılmalıdır. Real həyata tam hazır olmayan övladların üzərində daima valideyinləri və ailənin böyük üzvləri nəzarəti gücləndirməlidir”.
Deputat bu kimi məsələlərin telekanallarda yayınlanması məsələsinə yenidən baxmağı təkilf edib:
"Sosial məsələlər müzakirə edilməlidir. Mən bunun əlehinə deyiləm. Təəssüf edirəm ki, telekanallarımızda sosial məsələlərin müzakirəsi hadisələrin qarşısının alınmasına deyil, ailədaxili münaqişənin çılpaqlığı ilə göstərilməsinə yönəlib. Cinayətkar bu hadisələrin müzakirəsi gedən verilişlərə baxır, ordan infomasiya alır və bundan sonra növbəti addımlarını planlaşdırır. Odur ki, bu məsələyə yenidən baxılmalıdır”.
Bahar Rüstəmli