Xəbər lenti

Millət vəkili: "Bir futbol klubu kimi “Qarabağ” məni maraqlandırmır"
Ölkə07:23 24.08.2017

Millət vəkili: "Bir futbol klubu kimi “Qarabağ” məni maraqlandırmır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Millət vəkili Astan Şahverdiyev “Qarabağ FK”-nın qələbəsinə münasibət bildirib.

"Qaynarinfo" xəbər verir ki, A24.az-ın əməkdaşıyla söhbətində millət vəkili “Qarabağ FK” ilə maraqlanmadığını deyib:

“Moskvadan həmin oyunu izləyirdim. Orada klub haqqında çox gözəl ifadələr səsləndirilirdi. Çox sevindirici bir haldır ki, Qarabağ Futbol Klubu Çempionlar Liqasının qrup mərhələsinə düşüb. Bu bütöv Azərbaycanın qələbəsidir. Lakin bir futbol klubu kimi “Qarabağ” məni maraqlandırmır. O zaman çox sevinərik ki, torpaq kimi qaytarılar. Bu, artıq bayram olar. ”

Qeyd edək ki, “Qarabağ” FK”  ötən gün Azərbaycan klubları arasında ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Qaynarinfo.Az