"Yalançı "erməni soyqırımı"nın 100 illiyinə 6 ay qala Türkiyə hökuməti ilk həmləsini yapmış görünür". Qaynar.info xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafaya məxsusdu.
Deputat "Facebook" səhifəsində Etyan Mahçupyanın Türkiyənin baş naziri Əhməd Davudoğlunun baş məsləhətçisi təyin olunmasına münasibət bildirib: "Erməni əsilli qəzetçi-yazar Etyan Mahçupyan Türkiyə Cumhuriyyəti Baş Bakanının Başdanışmanı, yəni baş müşaviri, yəni baş məsləhətçisi təyin olundu. Sadəlövh dünyanı inandıracaqlar ki, əgər bizdə soyqırım olsaydə erməni əsilli bir başbakanın başdanışmanı ola bilməzdi. Bilmirəm təbrik teleqramı göndərək, yoxsa sevincimizi içimizdə boğaq. Əlbəttə, erməni də olsa, Türkiyə vətəndaşıdır, istənilən posta gətirilə bilər, ancaq verəcəyi məsləhətlərin və tövsiyyələrin nəticələrini xüsusilə Azərbaycanda ciddi təhlil etmək lazım gələcək. Anlaşılan budur ki, bundan sonra Türkiyədən gələn Dağlıq Qarabağla bağlı fikir və mülahizələrdə Mahçupyanın beyninin töhfələrini seçib arıtlamaq üçün Xarici İşlər Nazirliyimizin üzərinə xeyli iş düşəcək".
Qaynar.info