Xəbər lenti

Millət vəkilinin dizayner qızı açılış etdi - FOTOLAR
Ölkə10:12 17.10.2014

Millət vəkilinin dizayner qızı açılış etdi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün Bakıda dizayner Mənzər Hacıyevanın şou-rumunun açılışı olub. 
“Qafqazinfo”nun məlumatına görə, Milli Məclisin deputatı, professor Asəf Hacıyevin qızı olan Mənzərin tədbirinə dizaynerin ailə üzvləri ilə yanaşı, bir çox tanınmış insanlar da qatılıb.
Azərbaycanın istedadlı dizayneri Mənzər Hacıyeva Bakıda doğulsa da, onun uşaqlığı Moskvada və İstanbulda keçib. O, ABŞ-ın Nyu-York Universitetini və Parsons Dizayn Məktəbini uğurla bitirərək, təhsilini Paris Dəb Məktəbinin Bercot Studiyasında davam etdirib. Mənzər Londonda Mərkəzi San Martins parça rənglənməsi kurslarını bitirib və Florensiyada çanta dizaynerlərindən təcrübə alıb. Dizayner Michael Kors, Zac Posen, Narciso Rodriguez, Lanvin kimi məşhur dəb evlərində çalışıb. 
Qeyd edək ki, Mənzərin təsis etdiyi "Menzer Hajiyeva" brendi art-şərflərin istehsalı ilə məşğuldur. 
Qaynar.info