Xəbər lenti

Millət vəkilləri dalaşdılar (VİDEO)
Ölkə20:47 13.02.2013

Millət vəkilləri dalaşdılar (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İnsident Gürcüstan baş naziri Bidzina İvanişvilinin həyat yoldaşına məxsus 9-cu telekanalda yaşanıb. Parlamentari İrakli Ratiani və Koba Davitaşvilinin studiyadakı debat sırasında baxışları düz gəlməyib. Bildirilir ki, tərəflər 8 fevral insidentini müzakirə edərkən sözləri tərs gəlib. Qeyd olunur ki, həmin tarixdə kütlə milli hərəkat nümayəndələrinin milli kitabxananın binasına daxil olmasına əngəl yaradıb.

Orada ölkə prezidenti Mixail Saakaşvilinın çıxışı gözlənilsə də, sonda təxirə salınıb. Deputatlara gəlincə, Davitaşvili millətçilərin növbəti yığıncağına gələcəyini deyib. Sonradan o şəxsən parlamentdəki həmkarlarının ünvanına hədə dolu ifadələr işlətməklə yanaşı studiyadakı rəqibini də təhqir edib.

Bu azmış kimi o Ratianiyə yaxınlaşıb, onu vurmaq istəsə də, əks tərəfdən cavabını alıb. Tele şirkətin əməkdaşları isə ara qızışan kimi əlbəyaxa olan parlamentariləri ayırmağa calışıb. İrakli Ratianinin fikrincə, rəqibinin fraksiyası həddini aşaraq, nəinki küçədə, hətta studiyada da zorakılıq əməllərindən cəkinmir. (Trend)

Qaynar.info