Xəbər lenti

Milli gülüş barədə sərsəmləmələr...
Ölkə13:33 11.01.2013

Milli gülüş barədə sərsəmləmələr...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Günel Mövlud

Bizi utandıran müqayisələr


Türkiyə,Rusiya «stendap»çılarına, yumor peşəkarlarına baxanda, onlarıdinləyəndə, bizimkilərlə müqayisə eləməli olursan. Görürsən ki,istənilən müqayisədə bizimkilər nəinki uduzur, hətta müqayisəyə gəlmir.Əlbəttə, abırlı adam Fərda Xudaverdiyevi Cem Yılmazla, Çingiz ƏhmədovuMixail Zadornovla, Elməddini Tolqa Çeviklə, Rafael və Coşğunu Xarlamovvə Batrudinovla müqayisə eləməz və ümumiyyətlə bu tipli bənzətmələreləməkdən utanar.
Cem Yılmazın, Zadornovun, Tolqa Çevikin,Qalkinin müasir, gündəmə ovqatını əks etdirən, aktual problemlərətoxunan yumorunun yanında bizim adlarını «gülüş ustaları» qoymuşadamların performansı olduqca bayağı, ucuz, ölüvay görünür. Onların bugülüşü aktual, şux göstərmə cəhdləri isə o qədər uğursuz olur ki, bucəhdin özü gülməli görünür. Bir sözlə, bizimkilərin göstərdikləri,dedikləri gülməli olmadığına görə gülməlidir.
Yaxşı, bəssəbəb nədir? Niyə zarafata bu qədər açıq xalqın ciddi komediya ustalarıyoxdur? Niyə bizimkilərin gülüşü belə ucuz, sönük və bayağıdır? Sualıdaha konkret qoyaq - niyə bizimkilər güldürə bilmir?
Açığı,mən yazarın oxucuya sual verməsinin tərəfdarı deyiləm. Sualları hamıbilir, cavabları yazmaq lazımdır. Mən də cavabları yazmağa çalışacam.Bildiyim, anladığım, bacardığım qədər...

Balaca bir mənzərə

Gəlin,əvvəlcə başda hazırkı «gülüş maqnatı» Afaq Bəşirqızıdan tutmuş, hələki, gülüş «sonbeşikləri» Fərda, Müşfiq, Elməddinə qədər (bəlkə yeniləridə var, amma mən artıq hesabımı götürdüyüm üçün «gülüşmen»lərimiziizləmirəm) hamısının bizləri nəyə, kimə güldürdüklərinə nəzər salaq.Molla, falçı, yengə, tamada, müəllim, həkim, qaynana, baldız,«mamaroza», prokuror, televizya aparıcısı, şou nümayəndələri və s...
AfaqBəşirqızı daha çox baxıcı və qadın alverçilərini, Rafael və Coşğun dahaçox tamada, polis və kənd arvadlarını, şou nümayəndələrini, Müşfiq,Fərda daha çox mollaları, avam, cahil gəncliyi ələ salır, dolayır, ifşaetməyə çalışırlar.
Amma nə sirri xudadırsa, onların baxıcısıda, falçısı da, mollası, müəllimi, müğənnisi rusların, türklərin ənsadə mizanlarına uduzur, kölgədə qalır. Cem Yılmazın «hazır cavablar»ıillərlə dillər əzbəri olduğu, bütün oxşar situasiyalarda yada düşdüyühalda, bizimkilərin yumorunun ömrü beş-altı tin uşağının dayazyaddaşında qısamüddətli qonaq olur, vəssalam.
Yaxşı, bəs səbəb nədir?

Onlar anlamır

Gəlinbu məsələdən başlayaq ki, nəyisə ifşa etmək üçün onun ifşaya layiqolduğunu anlamalısan. Mənə həmişə elə gəlir ki, bizimkilərin ifşası məhzbuna görə alınmır - onlar lağa qoyduqları, ifşa etməyə çalışdıqlarışeylərin doğrudan da ifşaya layiq olduqlarını anlamırlar. Onlar uşaqdanpul yığan müəllimin, çarəsiz adama yalandan ümid verən baxıcının,dünyada ən utancverici işlərdən olan yengəliyin, ölüm ayağında olanxəstənin qohumları gəlmədən əməliyyata başlamayan həkimin doğrudan dacəmiyyət üçün faciə olduğunu, ifşaya layiq olduğunu anlamırlar. Onlaranlamırlar ki, rüşvətxor həkim təkcə xəstələr, rüşvətxor müləlim təkcəşagird və tələbələr, yengə təkcə bəy-gəlin, baxıcı təkcə avam adamlarüçün faciə deyil, bütün toplum, bütün cəmiyyət üçün dəhşət vətəhlükədir. Onlar belə problemləri bir insan, bir dəstə çapındaanlayırlar. Məsələnin geniş miqyası, belə şeylərin cəmiyyəti hara aparıbçıxara biləcəyi onlara çatmır. Bizim gülüş ustları bu təhlükənianlayacaq tutumda deyillər.

Onlar istəmir

Bizimkiləringülüşlə ifşa cəhdinin uğurusuz olmağının səbəblərindən daha biri dəbudur ki, bu adamlar ifşa etməyə çalışdıqları kəsləri, hadisələri,dəyərləri doğrudan da məhv etmək istəmirlər. Onların ifşa etməyəçalışdığı molla konkret hansısa molladır, ümumilşdirilmiş molla deyil.Yengə konkret hansısa yengədir, tamada konkret hansısa tamada, prokurorkonkret hansısa prokurordur. Öz toylarına tamada, yengə, yaslarına mollaçağıran, prokurorlarla, ələ saldıqları müğənnilərlə dostluq eləyən,baxıcı yanına gedən bu gülüş ustaları sizcə bu adamları ümumiləşdirərək,ifşa etmək istəyərmi? Oğlanla qızın bulvarda görüşəndə elədikləri millisöhbətləri ələ salan Rafael və Coşqun milli dəyərlərdən danışmırmı?İştirak etdikləri bütün verlişlərdə, verdikləri müsahibələrdə insanlarıdinə, adət-ənənələrə hörmət etməyə çağırmırlarmı? Belə olan halda,onların mollanı, adəti, müğənnini ifşa etmə cəhdləri necə sərrsat olabilər?

Onlar oxumur

Bizimgülüş ustalarının məsələlərin mahiyyətini almamağı, səhnədə lağaqoyduqlarına həyatda ehtiram göstərməyinin səbəbi isə çox sadədir. Onlaroxumur. Onlar nə kitab oxuyurlar, nə qəzet oxuyurlar, nə öz xaricihəmkarlarına baxırlar. Onlar tanrının ya da təbiətin (kim nəyə inanırsa)bəxş elədiyi vəhşi istedad hesabına nəsə eləmyə çalışır və illərlə özpalçıqlarında eşələnirlər.
Gülüşün kəskin, öldürücü olmasıüçün məsələnin mahiyyətini anlamaq, problemi kökündən həll etmə arzusudayanmalıdır. Bunu isə ancaq mütaliəli, intellektual adamlar edə bilər.
Mollanındeyil, dinin ifşaya layiq olduğunu, tamadanın, yengənin, müğənninindeyil, milli toy institutunun ifşaya layiq olduğunu, həkimin deyil tibbsisteminin, müəllimin deyil, təhsil sisteminin, polisin deyil,hüquq-müdafiə sisteminin ifşaya layiq olduğunu anlamaq, bunu istəməküçün gülüş ustasının intellekti və vətəndaş mövqeyi olmalıdır. Əminəmki, sonuncu söz birləşməsinin nə demək olduğunu anlayacaq yumor ustamızyoxdur.

Amma bir dəqiqə....var axı...

Buölkədə doğrudan da mütaliəsi olan, intellektual zarafatlar eləməyibacaran komediya ustaları da var axı. Özü də onlar bu intellektə hələgənc yaşlarından sahib olublar. Söhbət Tahir və Cabir İmanovlardan,Murad Dadaşovdan, Bəhram Bağırzadədən gedir.
Razıyam. Onların bizə təqdim etdikləri gülüş doğrudan da arxasında kitab, dünyagörüşü dayanan gülüşdür.
Amma....məsələnin«amma» tərəfi də var. İnsanları nəyəsə güldürən adamların buna mənəvihaqqı olmalıdır. Polisi, müəllimi, həkimi lağa qoyan, onları ifşa edənadamlar ömürlərində bircə dəfə də ölkədə baş verən taleyklü məsələlərəmünasibət bildirmirlərsə, öz vətəndaş mövqelərini ortaya qoymurlarsa,hansı səmimilikdən söhbət gedə bilər. Bəli, gülüşün arxasında mütaliəilə bərabər vicdan da dayanmalıdır. Vətəndaş vicdanı...

Simsar.az