Xəbər lenti

Milli Kitab Mükafatında açıq Appelyasiya Şurası keçirildi (FOTO)
Ölkə15:07 14.03.2013

Milli Kitab Mükafatında açıq Appelyasiya Şurası keçirildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Martın 13-ü saat 15.00-də Milli Kitab Mükafatının açıq Apellyasiya Şurası keçirildi. MKM-in uzun siyahısına etiraz edən müəlliflər (Tahir Paşa, Nəcəf Talıbov, Vügar Cəfəroğlu, Fərid Hüseynli, Qaşqay Oruclu) toplantıya qatılıblar.

Müzakirə zamanı yazıçılar öz iradlarını bildirərək ekspertlərin rəyləri ilə tanış olublar. Müzakirə çox aktiv və çox gərgin formada keçib.

Müzakirədən sonra Ekspertlər Şurası bu məsələni yenidən gözdən keçirməklə nəticə etibarilə martın 1-də elan olunmuş siyahıya hər hansı bir dəyişiklik etməmək qərarına gəldilər.

Martın 15-də elan olunması nəzərdə tutulan qısa siyahının elanı müəyyən müddətə təxirə salınıb. Bununla bağlı əlavə məlumat veriləcəkdir.

Qaynar.info