"Qarabağ"ın oyununu stadiondan izləyən Berti Foqts Almaniyaya yola düşüb
Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Neftçi” – “Skenderbeu” (Albaniya) oyunundan (0:0) sonra dünən Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Qarabağ” – “Piast” (Polşa) qarşılaşmasını stadiondan izləyib. ANS PRESS-in verdiyi xəbərə görə, futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Berti Foqts oyundan dərhal sonra vətəninə yola düşüb.
Xatırladaq ki, yığmamızın növbəti yoxlama oyunu avqust ayında Malta ilə keçiriləcək.