Xəbər lenti

Milli Məclis sabah Suqovuşanın tarixi adının bərpası məsələsini müzakirə edəcək
Ölkə10:56 05.10.2020

Milli Məclis sabah Suqovuşanın tarixi adının bərpası məsələsini müzakirə edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə "Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan adlandırılması haqqında" qanun layihəsi Milli Məclisə daxil olub.
Bu barədə Qaynarinfo-ya parlamentin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qanun layihəsi Milli Məclisin sabah - oktyabrın 6-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. 
Qeyd edək ki, parlamentin sabahkı iclasının gündəliyinə 18 məsələ daxil edilib.