Xəbər lenti

Milli Məclis Suqovuşan adının bərpasını təsdiqlədi
Ölkə08:22 06.10.2020

Milli Məclis Suqovuşan adının bərpasını təsdiqlədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan adlandırılması haqqında" qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, qanun layihəsi barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.
Layihə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.  
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.