Xəbər lenti

Milli Məclisdə bu ilin büdcəsinə dəyişikliklər birinci oxunuşda qəbul edildi (YENİLƏNİB)
Ölkə 12:58 07.06.2024

Milli Məclisdə bu ilin büdcəsinə dəyişikliklər birinci oxunuşda qəbul edildi (YENİLƏNİB)

"Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda qəbul edilib.
 
11:31
 
 
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında dövlət büdcəsinə dəyişikliklə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.
 
Qanunun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edir.

İclasda maliyyə naziri Samir Şərifov da iştirak edir.

Yenidən baxılma ilə 2024-cü ilin dövlət büdcəsinin xərcləri 39 milyard 707 milyon manat məbləğində, dövlət büdcəsinin gəlirləri isə 36 milyard 353 milyon manat həcmində proqnozlaşdırılır. 2024-cü ilin dövlət büdcəsinin kəsiri 764 milyon manat artaraq, 3 milyard 354 milyon manata çatdırılır.
 
Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->