Xəbər lenti

Milli Məclisdə sükut - Baş nazir hesabat verir
Ölkə08:21 15.03.2016

Milli Məclisdə sükut - Baş nazir hesabat verir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Milli Məclisinin növbəti plenar iclası öz işinə başlayıb. 

AzVision.az-ın məlumatına görə, iclası spiker Oqtay Əsədov açıq elan edib.

Martın 13-də Ankarada törədilmiş terror aktında həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Hazırda baş nazir Artur Rasızadə deputatlar qarşısında hökumətin illik fəaliyyəti barədə hesabat verir. 

Qeyd edək ki, iclasda “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi 3-cü oxunuşda, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanun layihəsi 2-ci oxunuşda müzakirəyə çıxarılacaq.

Qaynar.info