Xəbər lenti

Milli Məclisdən valideynini itirmiş uşaqlara şad xəbər
Ölkə10:45 03.12.2013

Milli Məclisdən valideynini itirmiş uşaqlara şad xəbər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Milli Məclisin bu gün keçirilən iclasda “Təhsil haqqında” qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb


APA-nın məlumatına görə, layihə barədə məlumat verən Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib ki, qanuna dəyişikliklər valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlıdır.
 
Dəyişiklik "Təhsil haqqında" qanunun "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanununa edilmiş dəyişikliklərə uyğunlaşdırmaq məqsədi ilə edilir. Dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
 
Layihə səsə qoyularaq qəbul olunub.


Qaynar.info