Xəbər lenti

Milli Məclisin deputatı qiraət layihəsində şeir oxudu - VİDEO
Ölkə11:32 13.05.2016

Milli Məclisin deputatı qiraət layihəsində şeir oxudu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 Milli Məclisin deputatı Fazil Mustafa Sputnik.Qiraət layihəsinin növbəti iştirakçısı olub. Siyasətçi layihə üçün Azərbaycanın Xalq şairi Məmməd Arazın “Azərbaycan – dünyam mənim” şeirindən misralar oxuyub.

“Sputnik.Qiraət layihəsi görkəmli şairlərin əsərlərində vəsf edilən ali dəyərlərin insanların birliyinə və həmrəyliyinə xidmət etdiyini göstərir.  Məmməd Arazın şeirində tərənnüm olunan Vətənə məhəbbət bizləri, ayrı-ayrı fərdləri birləşdirib vahid Azərbaycan xalqı edir”, deyə Fazil Mustafa bildirib.

Layihə Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyevin çıxışı ilə başlayır. O, müasir ədəbiyyatımızın klassiki Səməd Vurğunun "Azərbaycan" şeirindən bir parça oxumaqla layihədə iştirak edib. Növbəti iştirakçılar isə Abbas Səhhətin “Vətən” şeirindən parça oxumuş tanınmış repçi AİD və qəzəlxan Əliağa Vahidin “Bakıda” şeirindən misralar söyləmiş məşhur aktyor və rejissor Qurban Məsimov olublar.

Layihədə həmçinin hər bir sosial şəbəkə istifadəçisi iştirak edə bilər. Bunun üçün sevimli şeir parçasını oxuyaraq videonu şəxsi səhifədə #Sputnik.Чтения və ya #Sputnik.Qiraət heşteqləri ilə paylaşmaq yetər. Layihənin sonunda ən yaxşı oxucu videoları Sputnik Azərbaycan-ın saytlarında yerləşdiriləcək.

Qaynarinfo.az