Xəbər lenti

Milli Məclisin iki deputatına yeni vəzifə verilir (FOTO)
Ölkə06:22 24.10.2018

Milli Məclisin iki deputatına yeni vəzifə verilir (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisin (MM) oktyabrın 30-da keçiriləcək plenar iclasında parlamentin iki komitəsinə sədr müavini seçiləcək.
Qaynarinfo-nun report-a istinadən xəbərinə görə, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini vəzifəsinə Çingiz Qənizadənin, Gənclər və idman komitəsinin sədr müavini vəzifəsinə isə Şahin İsmayılovun namizədliyi irəli sürülüb.
Növbəti plenar iclasda hər iki deputatın namizədliyi müzakirə olunacaq və səsverməyə çıxarılacaq.
Bu iki deputat parlamentin komitə sədrinin müavini təyin olunacaqları təqdirdə, onların maaşları da artırılacaq.