Xəbər lenti

Milli Məclisin İntizam Komissiyası Astan Şahverdiyevə xəbərdarlıq etdi - deputat üzr istədi
Ölkə11:56 27.12.2016

Milli Məclisin İntizam Komissiyası Astan Şahverdiyevə xəbərdarlıq etdi - deputat üzr istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Milli Məclisin İntizam Komissiyasının iclası keçirilib.

Bu barədə “Report”a Komissiyasnın sədri, deputat Ağacan Abıyev məlumat verib.

O bildirib ki, iclas deputat Astan Şahverdiyevin “Azadlıq” radiosuna verdiyi müsahibədə işlətdiyi ifadələr ilə bağlı olub: “Astan Şahverdiyev özü iclasa dəvət edilmişdi. O, səhvini etiraf etdi, Azərbaycanda və dünyada yaşayan bütün azərbaycanlılardan üzr istədi”.

İclasda A.Şahverdiyevə xəbərdarlıq edilib. 

Qaynarinfo.Az