Xəbər lenti

Milli Məclisin komitələri fəaliyyətə başlayıb
Ölkə07:42 06.09.2018

Milli Məclisin komitələri fəaliyyətə başlayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Milli Məclisinin (MM) komitələri payız sessiyası çərçivəsində fəaliyyətə başlayıb.
Qaynarinfo report-a istinadən xəbər ki, parlamentin ilk komitə iclası bu gün keçirilir. Parlamentin payız sessiyasının ilk plenar iclası isə oktyabrın 1-də keçiriləcək.
MM-in Daxili Nizamnaməsinə əsasən, parlamentin payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Bu il sentyabrın 30-u bazar gününə təsadüf etdiyindən iclasın oktyabrın 1-də keçirilməsi nəzərdə tutulub.
Payız sessiyasının qanunverici işlər planı yaxın günlərdə açıqlanacaq.