Xəbər lenti

Milli Məclisin növbəti plenar iclasının gündəliyi təsdiqlənib
Ölkə12:21 11.03.2016

Milli Məclisin növbəti plenar iclasının gündəliyi təsdiqlənib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Milli Məclisin martın 15-də keçiriləcək plenar iclasının gündəliyi təsdiqlənib.

 Milli Məclisdə bildirilib ki, iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək. İclasda həmçinin, “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi 3-cü oxunuşda, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanun layihəsi 2-ci oxunuşda müzakirəyə çıxarılacaq.

Qaynar.info