Xəbər lenti

Milli park yandı
Ölkə06:11 29.08.2014

Milli park yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün günorta saatlarından Hirkan qoruğunda başlayan yanğın gecə boyunca davam edib. 

Ans press-in bölgə müxbirinin verdiyi məlumata görə, ucqar dağlıq ərazidə texnikadan istifadə mümkünsüz olduğundan Fövqəladə Halla Nazirliyinin Lənkəran Dövlət Yanğından Mühafisə Hissəsinin 50 nəfərlik şəxsi heyəti və qoruq işçiləri yanğının söndürülməsinə cəlb edilib.

15 hektardan artıq meşə sahəsinin yanğından zərər çəkdiyi deyilir. Verilən məlumata görə, hazırda yanğın sahəsi nisbətən lokallaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info