
“Tapşırıq veriləcək ki, bütün milli parklarda velosiped yolları salınsın”.
Qaynarinfo.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.
O bildirib ki, velosiped yollarının salınması ideyası müsbətdir: “Bu, bir qədər vaxt aparan işdir. Elə ərazilər var ki, bir aya iki marşrut salmaq olar. Amma elə də yerlər də var ki, möhkəmləndirilmə işləri aparılmalıdır”.
Qaynarinfo.az