Xəbər lenti

Milli Şura meriyadan 5 yer istədi
Ölkə13:43 06.12.2013

Milli Şura meriyadan 5 yer istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Milli Şuranın Mitinq Komitəsinin üzvü Tural Abbaslı Hafta.az-a açıqlamasında bildirib ki, mitinq üçün meriyaya müraciət edilib: “Biraz əvvəl müraciət məktubu Bakı Şəhər İcra Hakimiyyətinə təqdim etdik.

Qiymətlərin artırılması ilə bağlı dekabrın 15-i saat 16:00-dan 18:00-a kimi mitinq keçirmək istədiyimizi bildirdik. Kütləvi tədbir keçirmək üçün 5 yer təklif etdik.

Bunlar “Məhsul” stadionu, Nəsimi rayonunda 1-ci mikrorayonda ərazisindəki park, Nərimanov rayonu “Ulduz” metrostansiyasının qarşısındakı meydança, Binəqədi rayonu “Dərnəgül” metrostansiyasının yaxınlığında meydança və Nərimanov rayonu ərazisindəki Nərimanov parklardı.

T.Abbaslı mitinqin şüarlarını da açıqlayıb: “Bahalaşmaya son”, “Qiymətlər endirilsin”, “Dövlət əhaliyə xidmət üçündü” və digər soasial şüarlar var”.

Qaynar.info