Bu gün Milli Şura mitinq keçirib. Qaynar.info musavat.com-a istinadən xəbər verir ki, aksiya "Məhsul" stadionunda baş tutub.
Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiyada ilk olaraq AXCP sədri Əli Kərimli çıxış edib. Daha sonra Milli Şuranın sədri Cəmil Həsənli, şuranln üzvü Gültəkin Hacıbəyli, Oqtay Gülaliyev və digər müxalifət təmsilçilər də çıxış edərək fikirlərini bildiriblər.
Mitinq əvvəlcədən də elan edildiyi kimi, saat 17.00-da başa çatıb. Aksiya dinc şəraitdə keçib və hər hansı ciddi insident yaşanmayıb.
Qaynar.info