
Açıq Cəmiyyət Partiyasının sədr müavini Faiq Rzayev Milli Şuradan istefa verir.
F.Rzayev Hafta.az-a açıqlamasında bildirib ki, buna səbəb qurumun sessiyalarında iştirak etməməsidi: “Mən səhhətimə görə Milli Şuranın sessiyalarında davamlı iştirak edə bilmirəm. Onsuz da çıxmış kimiyəm. Bu günlərdə onlar məni çıxaracaqlar. Əks təqdirdə özüm rəsmən istefa ərizəsi yazacağam. Mənim bir yerə qatqım yoxdursa, onun fəaliyyətində iştirak etmirəmsə, orada qalmağın önəmi yoxdu”.
Qeyd edək ki, bundan öncə ACP-dən Zəminə Dünyamalıyeva və Solmaz Ələsgərova da istefa verib. Rəsul Quliyevin də çıxarılması müzakirə olunur. ACP sədri Sülhəddin Əkbər isə istefa vermək fikrinin olmadığını bildirib.
Qaynar.info