Xəbər lenti

Milli Şuradan İbrahim İbrahimliyə irad
Ölkə06:41 19.08.2013

Milli Şuradan İbrahim İbrahimliyə irad

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Daldan atılan daş topuğa dəyər” 

Milli Şuranın avqustun 18-də keçirilən mitinqinin aparıcısı İbrahim İbrahimli bəzi siyasilərin və mitinq iştirakçılarının tənqidlərinə məruz qalıb. 

Aparıcılığı zamanı bir neçə dəfə səhvə yol verən İ.İbrahimlini tənqid edənlər arasında Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli də var. O, İ.İbrahimlinin aparıcılıq edərkən buraxdığı səhvlərə etiraz edib. Onu mitinqi uğurlu idarə etməməkdə günahlandırıb. 

İbrahim İbrahimli isə AzNews.az-a açıqlamasında deyib ki, daldan atılan daş topuğa dəyər: “Mitinq geridə qalıb. Kim nə istəyir, danışsın. Canları sağ olsun. Əsas odur ki, mitinq bizim istədiyimiz səviyyədə keçdi”. 

Qaynar.info