Xəbər lenti

Milli Şuranın iclasında əlbəyaxa dava düşdü - FOTOLAR
Ölkə06:40 04.12.2013

Milli Şuranın iclasında əlbəyaxa dava düşdü - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünən keçirilən Milli Şuranın sesiyasında əlbayaxa dava düşüb.

Qaynar.info xəbər verir ki, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı çıxışında bunları deyib: “Milli Şuranın birliyinin qorunub saxlanılması zəruridir. Süni birliklərin yaradılmasının heç bir fayda vermədiyini Milli Şura modelində də gördük”.

Arif Hacılı Eldəniz Quliyevin ədalətdən danışmasına da münasibət bildirib: “Kimlərsə burada ədalətdən danışaraq kimlərisə təbliğ edir. Digərlərinin fəaliyyətini sıfırlayır. Kiminsə təbliğatını apararkən başqalarının xidmətlərinin üstündən xətt çəkməık olmaz”.

Arif Hacılı Sülhəddin Əkbərin Milli Şuranın legitimliyinin olmaması fikrinə də münasibət bildirdi. Dedi ki, seçki dönəmində hansı partiyaların nə iş gördüyü göz qabağındadır: “Biz digər partiyaları da proseslərdə iştiraka dəvət etsək də onlar bundan imtina etdi”.

A.Hacılı Milli Şuranın yaranan gündən yaşadığı problemləri əsəbi şəkildə dilə gətirərək qurumun digər üzvlərinin “daha böyük birlik yaratmışıq” ifadələrinin ciddi olmadığını bildirdi. Müsavat rəsmisi sərt fikirlərini davam etdirərkən zalda əyləşənlərdən ciddi etirazlar səsləndirildi.

A.Hacılının ünvanına sərt etirazlar bildirilərkən Müsavat Partiyası Divanının üzvü ilə A,Hacılını tənqid edən şəxslər arasında qarşıdurma yarandı. Mübahisə əlbəyaxa davaya çevrilib.


“İllərdir apardığımız mübarizənin nəticəsi olaraq artıq sinirlərimiz pozulub. Bu gərginliyin də yaranmasına səbəb bu oldu”.

Bunu virtualaz.org-a açıqlamasında Müsavat Partiyası Divanının üzvü Tural Abbaslı Milli Şuranın bu gün keçirilən sessiyasında KXCP üzvü ilə aralarında yaşanan əlbəyaxa davaya münasibət bildirərkən dedi.

T.Abbaslı yaranan bu xoşagəlməz hadisənin sonradan aradan qarşılıqlı olaraq qaldırıldığını bildirdi: “Mənim KXCP sədri Mirmahmud Mirəlioğlu başda olmaqla bütün partiya üzvlərinə hörmətim var. Biz daha sonra həmin şəxslə əl şıxışdıq və bu məsələni bağladıq”.  

Sessiyada yaranan fikir ayrılıqlarını və Müsavat Partiyası ilə Milli Şuranın digər üzvləri arasında yaranan gərginliyi şərh edərkən isə T.Abbaslı bunları qeyd etdi: “Milli Şurada müxtəlif mövqeli, fikirli şəxslər var. Bugünkü sessiya diskussiyalı, debatlı və demokratik oldu. Həmsədrlik məsələsində bir az fikir ayrılığı oldu. Müsavat Partiyası Rüstəm İbrahimbəyovu dramaturq, ziyalı, yazar kimi qəbul edir. Lakin onun siyasi kimliyi bizim siyasi liderlərin siyasi kimliyi qədər hələ oturuşmayıb”.

İbrahimbəyovun ard-arda verdiyi bəyanatların bir-biri ilə uzlaşmadığını deyən T.Abbaslı bunun bir neçə dəfə təkrarlandığını və partiyalarının bunu qəbul edə bilmədiyini vurğuladı: “Müsavat Partiyası bunu nəzərə almağa çalışır ki, onun təmsil olunduğu qurumun adından çıxış edən insanların siyasi kimliyi daha da oturuşmuş olsun. Çünki İbrahimbəyovun dediyi hər bir söz Milli Şuraya, Milli Şuraya aid olan sözlər də Müsavat Partiyasına aid olur. Buna görə biz buna etiraz etdik ki, fəxri sədr olmasın. Amma qərar qəbul olundu və İbrahimbəyov fəxri sədr seçildi”.

Qayna.info