
Mayın 28-də elan edilən Demokratik Qüvvələrin Milli Şurasının təşəbbüsçüləri yaxın dəqiqələrdə toplantı keçirəcəklər.
Bu barədə məlumat Musavat.com-a etibarlı mənbədən daxid olub. Məlumata görə, toplantıda Şuraya daxil olan siyasi qüvvələrin təmsilçiləri - Sülhəddin Əkbər (ACP), Əvəz Temirxan (ALP), Əli Kərimli (AXCP), Mirmahmud Mirəlioğlu (KXCP), Eldar Namazov (EL) və İsa Qəmbər (Müsavat) iştirak edəcəklər.
Qeyd edək ki, Milli Şuranın Təsis Bəyannaməsi və tərkibi mayın 28-də razılaşdırılıb. Elə həmin gün bildirilmişdi ki, ən yaxın günlərdə Milli Şuranın ilk toplantısı keçiriləcək, Milli Şuranın bəyannaməsi və tərkibi xalqa təqdim ediləcək.
Qaynar.info