Xəbər lenti

Milli Şuranın Yadigar Sadıqovla bağlı BƏYANATI
Ölkə16:16 13.01.2014

Milli Şuranın Yadigar Sadıqovla bağlı BƏYANATI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Demokratik Qüvvələrin Milli Şurasının Mətbuat Xidmətindən musavat.com-a verilən məlumata görə, Musavat partiyası başqanının müşaviri Yadigar Sadıqlı haqqında bu gün Lənkəran rayon məhkəməsinin çıxardığı qanunsuz qərarla bağlı Demokratik Qüvvələrin Milli Şurası etiraz bəyanatı ilə çıxış edib. 

Bəyanatda deyilir:

“Bu gün Lənkəran Rayon Məhkəməsinin qərarı ilə Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqlı 6 il müddətinə azadlıqdan məhrum edilib. Milli Şura olaraq məhkəmənin qərarını  qətiyyətlə pisləyirik. Hesab edirik ki, bu addım hüquqa və məntiqə ziddir. 09 oktyabr seçkilərini saxtalaşdıraraq hakimiyyəti zəbt etmiş mövcud iqtidar öz rəqiblərindən qisas almaq üçün insanları şərləmək və həbsə atmaq siyasətini davam etdirir. Məqsəd insanların gözünü qorxutmaq, onları siyasi fəaliyyətlə məşğul olmaqdan uzaqlaşdırmaqdır. Milli Şura hesab edir ki, Yadigar Sadıqlının qanunsuz həbsi fərqli siyasi düşüncəyə malik insanlara qarşı aparılan  repressiyanın tərkib hissə olmaqla yanaşı onun haqqında çıxarılan bu günkü məhkəmə hökmü də absurd və külüncdür. Bu qərar Azərbaycan məhkəmələrində hüquq nihilzimin baş alıb getdiyini göstərir.  

Milli Şura Yadigar Sadıqlı başda olmaqla qanunsuz həbsdə olan bütün siyasi məhbusların dərhal və qeyd şərtsiz azadlığa buraxılmasını bir daha tələb edir”.

Qaynar.info