FİFA bu ilin son ayı üçün komandaların reytinq siyahısını açıqlayıb.
Qaynar.info xəbər verir ki, Azərbaycan yığması 1 pillə irəliləyərək 94-cü sırada qərarlaşıb. Millimizin aktivində 363 xal var. Ötən ayın nəticələrinə əsasən futbol komandamız 95-ci yerdə idi.
Qeyd edək ki, siyahıya İspnaiya millisi 1507 xalla başçılıq edir. Almaniya 1318 xalla II, Argentina isə 1251 xalla III-dür.
Qaynar.info