Xəbər lenti

Millimizdən biabırçı məğlubiyyət
İdman22:55 08.10.2025

Millimizdən biabırçı məğlubiyyət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.
9-cu qrupda yer alan Aqil Nəbiyevin komandası səfərdə Fransanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
Kapbreton şəhərindəki "Bourret” stadionunda keçirilən görüş Fransa komandasının 8:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Azərbaycanın əsas milli komandası da növbəti matçını səfərdə Fransaya qarşı keçirəcək. Oyun DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da keçiriləcək.
8 oktyabr
17:00. Fransa (U-17) - Azərbaycan (U-17) - 8:0
Qollar: Loran Mellifield, 28, Joşua Daqo, 30, Arone Gadou, 38, Aly Traore, 45+6-pen, 64, Aymen Amaaouch, 57, 85, Abbas Zeynalov, 84-avtoqol
Qırmızı vərəqə: Səttar Tahirzadə, 66 (Azərbaycan)
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
"Bourret” stadionu, Kapbreton