Xəbər lenti

Millimizin üzvü yenidən "Bursaspor"da
Ölkə18:02 16.07.2017

Millimizin üzvü yenidən "Bursaspor"da

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Bursaspor"un baş məşqçisi Paul Le Quen millimizin üzvü Dəniz Yılmazla bağlı qərar verib. "Qaynarinfo" xəbər verir ki, fransız mütəxəsis futbolçumuzu bağışlayaraq heyətə qaytarıb.

Bu barədə baş məşqçi və futbolçu arasındakı görüşdən sonra qərar verilib. "Anadolu Agentliyi"nin klub rəhbərliyindən aldığı məlumata görə, problemləri  Le Quenə danışan Dəniz əfv olunub. Onun adı komandanın Avstriyaya təlim-məşq toplanışına yollanacaq heyətinə salııb.

Baş məşqçi və futbolçunun sabah başlayacaq Avstriya toplanışındakı ilk məşqdən öncə mətbuat konfransı keçirəcəyi deyilir.

Qaynarinfo.Az