"Bu tariflərin ödənişləri barədə qərar Nazirlər Kabinetinin, Tarif Şurasının və ya Milli Məclis tərəfindən qəbul edilir. Kommersiya şirkətləri bununla bağlı açıqlama verə bilməz”.
Bu fikirləri terminaldan "Azərişığ"ın qeyri-əhali ödənişlərinə görə əlavə 1 manat tutulmasını şərh edərkən iqtisadçı ekspert Natiq Cəfərli Qaynarinfo-ya bildirib.
Ekspert qeyd edib ki, MilliÖn qərarın qəbul edilməsi tələbinin hansı şirkət tərəfindən irəli sürüldüyü barədə açıqlama verməlidir.
"Dövlət şirkətləri, hansılar ki, onların MilliÖn-lə müqaviləsi var, onlar xidmət haqqı ödəməkdən imtina ediblərsə, MilliÖn ayrıca bir xidmət haqqı tutmaqla bağlı qərar verib. Əgər bu, hətta belədirsə də, qanuna ziddir”.
Natiq Cəfərli bildirib ki, bu qərar əhaliyə deyil, qeyri əhaliyə - kommersiya müəssələrinə, VÖEN-lə çalışanlara aiddir. Ancaq uğurlu deyil, pis bir presedent yaranır, yəni insanlar düşünür ki, qeyri-əhaliyə aid edilirsə, bir müddətdən sonra ola bilər ki, əhali üçün də bənzər qərarların qəbul olunmasının yolu açılsın.
Qeyd edək ki, "Milliön” müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva "Xəzər” televiziyasının "Birinci studiya” verilişində yalnız "Azərişıq” qeyri-əhali ödənişlərində müştərilərdən 1 AZN xidmət haqqı tutulacağı barədə açıqlama verib.
Günay İlqarqızı