Xəbər lenti

Milyonçunun toyunda partlayış, 2 qonaq öldü - FOTO
Ölkə05:46 01.09.2014

Milyonçunun toyunda partlayış, 2 qonaq öldü - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İngiltərənin Kambriya bölgəsindəki Uindermir şəhərində toy faciəyə çevrilib.

61 yaşlı Con Simpson və 44 yaşlı Nikoll Rotuellin toylarındakı partlayışda 2 nəfər həlak olub, 8 nəfər yaralanıb. Toydakı qonaqlar qorxu içində qaçıblar.

Həlak olanlar qadın və kişidir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, milyonçu iş adamı olan Con Simpsonun toyu onun malikanəsinin kənarındakı gölün kənarında idi. Mərasim üçün böyük çadır qurulmuşdu.

Polisdən verilən məlumata görə, partlayışın səbəbi malikanənin əsas binasının yanındakı anbarda saxlanan fişənglərin alışması olub."Həlak olanların kimliyi bilinmir. Partlayış qadınla kişini parça-parça edib. Mərhumların cəsədlərinin qalıqları əsasında onların kimliyini müəyyənləşdirməyə çalışırıq", - Uindermir polisindən verilən məlumatda deyilir.

Qaynar.info