Dünya 12:58 19.03.2023

Milyonlarla ölü balıq sahilə çıxdı

Avstraliyanın cənub-şərqində milyonlarla ölü balıq sahilə çıxıb, səlahiyyətlilər və alimlər buna daşqın və isti havaların səbəb olduğunu deyirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə şənbə günü "Associated Press” məlumat yayıb.

Məlumata görə, kütləvi balıq tələfatı, ehtimal ki, daşqından sonra suyun səviyyəsinin enməsi və nəticədə oksigeninin aşağı düşməsi səbəbindən baş verib. Vəziyyət isti hava şəraiti ilə daha da ağırlaşıb.

Ölü balıqların kütləvi şəkildə buraxıldığı ərazidə yerləşən Menindee şəhərinin sakinləri kəskin qoxudan şikayətlənirlər.